July 1, 2019 0

Dijital çağırışlar

Dijital çağırışlar Azərbaycanda əhalinin 80%-ə yaxını internet istifadəçisi, 31%-i isə sosial media istifadəçisidir və bu say tədricən artmaqdadır. Buna görə də dijital aləmin trendləri və alətlərinin yaxından mənimsənilməsi vacibdir. Hazırda ölkəmizdə bu sahənin ali təhsil müəssisələrində tədris olunmaması, Azərbaycan dilində öyrədici materialların azlıq təşkil etməsi əmək bazarında dijital sahədə ixtisaslı kadrların çatışmazlığına səbəb olur.
July 1, 2019 0

Haqqında

Haqqında Digital Youth Hub (Dijital Gənclər Mərkəzi) – dijital sahəyə həvəsi, qabiliyyəti və potensialı olan gəncləri birləşdirən, yetişdirən, sınaqdan keçirən və istiqamətləndirən proqramdır. Layihə gənclərin dijital marketinq üzrə dövlət və özəl sektorun tələblərinə uyğun şəkildə yetişdirilməsi və əmək bazarına qazandırılmasını nəzərdə tutur.
July 1, 2019 0

Məqsəd

Məqsəd Ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulan proqramın əsas məqsədləri aşağıdakıları: Dijital marketinq üzrə davamlı inkişaf edən bazarın tələblərinə uyğun ixtisaslı kadrların yetişdirilməsi; Onların real iş şəraitində təcrübə əldə etməsi və formalaşacaq kadrlardan təşkil olunmuş mentorlar sisteminin yaradılması;
July 1, 2019 0

Layihənin təşkili

Layihənin təşkili Layihə çərçivəsində iştirakçılar 2 aylıq  təlim tədris proqramının iştirakçısı olacaq. Təlimlər sözügedən sahədə əhəmiyyətli dərəcədə təcrübəyə malik yerli peşəkarlar tərəfindən keçiriləcək. Təlim-tədris proqramından dərhal sonra iştirakçılar ölkənin aparıcı müəssisələrində təcrübə proqramında iştirak etmək imkanı əldə edəcək. Təcrübə proqramından sonra iştirakçılar komandalara bölünəcək, əldə etdikləri bilik və bacarıqlar əsasında müxtəlif mövzuları əhatə edən onlayn kampaniyalar həyata keçirəcəklər.
May 18, 2018 0

İştirakçılar

İştirakçılar İştirakçı meyarı - Proqramda Bakı şəhərində yaşayan 18-29 yaşlı, ali təhsilli və ya hazırda təhsil alan 50 gənc iştirak etmək imkanı qazanacaq. Onlayn müraciət – Proqram iştirakçılarının seçimi 2 mərhələdən ibarət olacaq. 1-ci mərhələdə iştirakçılar onlayn müraciət formasını dolduracaq. Müsahibə – İlk mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibədə uğurlu nəticə göstərənlər proqramda iştirak etmək imkanı qazanacaq.
Go top