Digital Youth Hub

Layihəsi haqqında

Digital Youth Hub (Dijital Gənclər Mərkəzi) dijital sahəyə həvəsi, qabiliyəti və potensialı olan gəncləri birləşdirən, yetişdirən, sınaqdan keçirən və istiqamətləndirən proqramdır.

Dijital çağırışlar

Azərbaycanda əhalinin 80%-ə yaxını internet istifadəçisi, 31%-i isə sosial media istifadəçisidir və bu say tədricən artmaqdadır. Buna görə də dijital aləmin trendləri və alətlərinin yaxından mənimsənilməsi vacibdir.

Hazırda ölkəmizdə bu sahənin ali təhsil müəssisələrində tədris olunmaması, Azərbaycan dilində öyrədici materialların azlıq təşkil etməsi əmək bazarında dijital sahədə ixtisaslı kadrların çatışmazlığına səbəb olur.

Haqqında

Digital Youth Hub (Dijital Gənclər Mərkəzi) – dijital sahəyə həvəsi, qabiliyyəti və potensialı olan gəncləri birləşdirən, yetişdirən, sınaqdan keçirən və istiqamətləndirən proqramdır.

Layihə gənclərin dijital marketinq üzrə dövlət və özəl sektorun tələblərinə uyğun şəkildə yetişdirilməsi və əmək bazarına qazandırılmasını nəzərdə tutur.

Məqsəd

Ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulan proqramın əsas məqsədləri aşağıdakıları:

  • Dijital marketinq üzrə davamlı inkişaf edən bazarın tələblərinə uyğun ixtisaslı kadrların yetişdirilməsi;
  • Onların real iş şəraitində təcrübə əldə etməsi və formalaşacaq kadrlardan təşkil olunmuş mentorlar sisteminin yaradılması;

Layihənin təşkili

Layihə çərçivəsində iştirakçılar 2 aylıq  təlim tədris proqramının iştirakçısı olacaq. Təlimlər sözügedən sahədə əhəmiyyətli dərəcədə təcrübəyə malik yerli peşəkarlar tərəfindən keçiriləcək.

Təlim-tədris proqramından dərhal sonra iştirakçılar ölkənin aparıcı müəssisələrində təcrübə proqramında iştirak etmək imkanı əldə edəcək.

Təcrübə proqramından sonra iştirakçılar komandalara bölünəcək, əldə etdikləri bilik və bacarıqlar əsasında müxtəlif mövzuları əhatə edən onlayn kampaniyalar həyata keçirəcəklər.

İştirakçılar

İştirakçı meyarı - Proqramda Bakı şəhərində yaşayan 18-29 yaşlı, ali təhsilli və ya hazırda təhsil alan 50 gənc iştirak etmək imkanı qazanacaq.

Onlayn müraciət – Proqram iştirakçılarının seçimi 2 mərhələdən ibarət olacaq. 1-ci mərhələdə iştirakçılar onlayn müraciət formasını dolduracaq.

Müsahibə – İlk mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibədə uğurlu nəticə göstərənlər proqramda iştirak etmək imkanı qazanacaq.

Layihənin faydaları

  • İxtisaslı kadrlar
    Dijital marketinq üzrə bazarın tələblərinə cavab verən ixtisaslı kadrlar hazırlanacaq.
  • Peşəkar biliklər
    İştirakçılar özəl və dövlət qurumlarında çalışan peşəkarlardan sahə ilə bağlı ən yeni bilikləri əldə edəcəklər.
  • Real təcrübə
    İştirakçılar ölkənin aparıcı özəl və dövlət qurumlarında təcrübə keçərək biliklərini real iş mühitində tətbiq edəcəklər.
  • Uğurlu əlaqələr
    İştirakçılar həm bir-birləri ilə, həm də dövlət və biznes qurumlarının nümayəndələri tanış olub, uğurlu əlaqələr qurma imkanı qazanacaqlar.
  • Şəxsi inkişaf
    İştirakçılar peşəkar biliklərlə yanaşı uğurlu təqdimat, effektiv ünsiyyət qurma kimi bacarıqlarını da inkişaf etdirəcəklər.
  • Tələblərə hazır olmaq
    Dövlət və biznes sektorundan nümayəndələrlə görüşən iştirakçılar hər iki sahənin gənclərdən tələblərini anlayacaq və buna hazır olacaqlar.
bg
Go top